Gürcüstanın baş naziri İrakli Kobaxidze Rusiya ilə diplomatik münasibətlərin bərpası ehtimalını istisna edib. Bu barədə Gürcüstan hökumətinin başçısı “Euronews” telekanalına müsahibəsində bildirib.
Məlumatı XQ “Anadolu”ya istinadən verib.
“Abxaziyanın və Sxinvali regionunun qondarma müstəqilliyinin tanınması səbəbindən Rusiya ilə diplomatik münasibətləri bərpa etmək imkanımız yoxdur”, - deyə siyasətçi bildirib.
Baş nazir əlavə edib ki, bu məsələnin sülh yolundan başqa həlli variantı yoxdur.
Eyni zamanda o, Gürcüstanın Moskva ilə münasibətlərdə praqmatik mövqe tutduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, xüsusilə Rusiya ilə gələcəkdə də inkişaf edəcək ticarət-iqtisadi əlaqələrin dəstəklənməsində özünü göstərir.
P.ƏMİRCANOV
XQ