AZ

Azərbaycanda əmək qabiliyyətinin könüllü sığortası üzrə ödənişlər 36% artıb

Ötən il Azərbaycanda əmək qabiliyyətinin könüllü sığortası üzrə ödənişlər artıb.

Fins.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu sığorta növü üzrə ödənişlərin ümumi həcmi 199 min manat təşkil edib ki, bu da illik müqayisədə 52 min manat və ya 36% çoxdur.

2023-cü ildə bu göstərici 147 min manat olub.

Bundan əlavə, hesabat dövründə zərərlilik göstəricisi 6%-ə düşüb. Bu, 2023-cü ilin 8%-lik göstəricisi ilə müqayisədə 2% azalma deməkdir.

Fuad Mədətov
Fins.az

Seçilən
0
fins.az

1Mənbələr