AZ

2024-cü ildə dövlət büdcəsindən bələdiyyələrə 8 milyon manatdan çox maliyyə dəstəyi ayrılıb

Bakı. Trend:

“Elektron icra” informasiya sistemi vasitəsilə əldə edilənməlumata əsasən, 2024-cü il ərzində debitor borcların ödənilməsiilə bağlı bələdiyyələr tərəfindən qəbul edilən 11 290 inzibati akt(2023-cü il ərzində 5 585) icra məmurları tərəfindən icraata qəbulolunub və icraatda qalıqla birgə 16 785 inzibati akt olub. Onlardan6 669 aktın (2023-cü il ərzində 7 523) icrası təmin edilib.

Trend xəbərverir ki, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsininbu gün keçirilən iclasında müzakirə edilən bələdiyyələrinfəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illikməruzəsində (2024-cü il üzrə) öz əksini tapıb.

Məruzədə bildirilib ki, dövlət büdcəsində yerli büdcələrə dəstəküçün nəzərdə tutulan dotasiya və subvensiyaların məbləğinin əvvəlkiillə müqayisədə artırılması yerli özünüidarəetmənin inkişafınadövlət tərəfindən verilən önəmin daha bir göstəricisidir.

Belə ki, 2024-cü il ərzində dövlət büdcəsindən bələdiyyələrəgöstərilən maliyyə dəstəyinin (dotasiya və subvensiya) məbləğiartaraq ilk dəfə 8 milyon manatdan çox vəsait ayrılıb.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəthaqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibatinəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AzərbaycanRespublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-cimaddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanınınsəlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.

Seçilən
9
2
az.trend.az

3Mənbələr