AZ

Bələdiyyələrin vəzifəli şəxsləri bələdiyyə torpaqlarından qanunsuz istifadəyə şərait yaradır - Məruzə

Bakı. Trend:

Bələdiyyələrin 2024-cü il ərzindəki fəaliyyəti ilə bağlıvətəndaş şikayətlərinin əsas səbəbləri araşdırılıb.

Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin Regional məsələlərkomitəsinin bu gün keçirilən iclasında müzakirə edilənbələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirənorqanın illik məruzəsində (2024-cü il üzrə) öz əksini tapıb.

Məruzəyə əsasən, təhlillər nəticəsində məlum olub ki:

Bakı şəhəri üzrə bələdiyyələr tərəfindən əsasən ötən dövrlərdəqanunsuz torpaq sahələrinin ayrılması, vergitutma obyektlərininuçotu və yerli vergilərin hesablanmasında qanunvericiliyintələblərinin pozulması, yerli əhəmiyyətli məsələlərin həlli, ocümlədən abadlaşdırma və yaşıllıqların mühafizəsi ilə bağlıvəzifələrin lazımi səviyyədə yerinə yetirilməməsi hallarına rastgəlinir.

Region bələdiyyələri tərəfindən əsasən torpaq sahəsininayrılması ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilməməsi,bələdiyyə torpaqlarının zəbt edilməsi, yaxud təyinatından kənaristifadə edilməsi, qeyri-qanuni istifadə olunan, habelə icarəmüddəti bitən torpaqların bələdiyyənin sahibliyinə qaytarılması vədəyən ziyanın ödənilməsi istiqamətində hər hansı tədbir görülməməsikimi nöqsanlara yol verilir.

Bu şikayətlərin əsas səbəbi əhalinin bələdiyyə torpaqlarınınayrılması ilə bağlı qanunvericiliyin tələblərini bilməməsi,bələdiyyələrdə mülkiyyətlərinə aid torpaqlar barədə ətraflıməlumatın olmaması, torpaqayırma prosedurlarının uzun müddət tələbetməsi, bələdiyyə torpaqları üzərində nəzarətin, o cümlədəntorpaqların mühafizəsinin düzgün təşkil edilməməsi, bəzən isəbələdiyyələrin vəzifəli şəxslərinin bələdiyyə torpaqlarındanqanunsuz istifadəyə şərait yaratmasıdır.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəthaqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibatinəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AzərbaycanRespublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-cimaddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanınınsəlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.

Seçilən
10
az.trend.az

1Mənbələr