AZ

Son 5 ildə 158 bələdiyyənin fəaliyyətində cinayət əlamətləri aşkarlanıb

Bakı. Trend:

2024-cü il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadəolunması, bələdiyyə əmlakının (o cümlədən torpaqların) idarəedilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi,korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan hallarınqarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlərgörülüb. Belə ki, aparılan araşdırmalar zamanı 51 halda (2023-cüildə 30) ciddi qanun pozuntuları aşkar edilərək toplanan sənədlərhüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarınagöndərilib. Həmin materiallardan 21-i (2023-cü ildə 15) üzrəcinayət işi başlanıb.

Trend xəbərverir ki, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsininbu gün keçirilən iclasında müzakirə edilən bələdiyyələrinfəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illikməruzəsində (2024-cü il üzrə) öz əksini tapıb.

Məruzəyə əsasən, daxil olan müraciətlərin intensivliyi,xarakteri və bələdiyyələr barədə məlumatların təhlilinin nəticələrinəzərə alınaraq son 5 il ərzində 158 bələdiyyənin (2020-ci ildə -23; 2021-ci ildə - 27; 2022-ci ildə - 27; 2023-cü ildə - 30 və2024-cü ildə - 51) fəaliyyətində cinayət əlamətləri aşkaredildiyindən toplanan sənədlər hüquqi qiymət verilməsi üçünistintaq orqanlarına göndərilib.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəthaqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibatinəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AzərbaycanRespublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-cimaddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanınınsəlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.

Seçilən
18
az.trend.az

1Mənbələr