AZ

Borca görə axtarışda olan daha 65 nəfər saxlanıldı -İKİ GÜNDƏ

Fevralın 8-də və 9-da ölkə ərazisində qeydə alınan 80, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Senzor.az bildirir ki, bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

 

Qeyd edilib ki, axtarışda olduğuna görə ümumilikdə 106, o cümlədən borclu şəxs qismində axtarışda olan 65 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 47, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 94 nəfər saxlanılıb.

Seçilən
10
18
senzor.az

10Mənbələr