AZ

Azərbaycanda daha bir ayrılıq

I Liqada yarışan "Difai"də baş məşqçi ayrılığı gerçəkləşib.

News24.az Sportinfo.az-a istinadən xəbər verir ki, çempionatın son turunda "Qəbələ"yə 0:1 hesabı ilə uduzan "fədailər"in Xaqani Məmmədovla işbirliyi sona çatıb.

Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.

Qeyd edək ki, Məmmədov ötən ilin noyabrın əvvəlində komandanın sükanı arxasına keçib. Qarabağ qazilərinin təmsilçisi ötən 3 ay ərzində onun rəhbərliyi ilə 5 xal toplayb. "Difai" bu müddət ərzində "Baku Sportinq"i 2:0 hesabı ilə üstələyib, "Mingəçevir" və "Karvan"la heç-heçə edib. 14 tura 9 xal toplayan komanda hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.


Seçilən
11
2
news24.az

4Mənbələr