AZ

Ötən il yerli büdcə gəlirləri 7,1 milyon manat artıb

Bakı. Trend:

2024-cü ildə bələdiyyələrin maliyyə imkanlarınınyaxşılaşdırılması məqsədilə büdcə gəlirlərinin artırılması, ocümlədən vergitutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi vəuçotdan kənarda qalan vergitutma obyektlərinin vergiyə cəlbedilməsi, vergilərin və digər debitor borcların qanunauyğunhesablanaraq yığılması, əvvəlki illərdə icarəyə verilən bələdiyyətorpaqlarının icarə haqlarının mövcud bazar qiymətlərinəuyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilib.

Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin Regional məsələlərkomitəsinin bu gün keçirilən iclasında müzakirə edilənbələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirənorqanın illik məruzəsində (2024-cü il üzrə) öz əksini tapıb.

Məruzədə bildirilib ki, Dövlət Statistika Komitəsinin 9 aylıqməlumatına əsasən, əvvəlki illə müqayisədə 2024-cü ildə yerli büdcəgəlirləri 7,1 milyon manat (18,6%), o cümlədən yerli vergilərdəndaxil olmalar 3,4 milyon manat (21,2%) artıb.

Həmçinin vurğulanıb ki, bələdiyyə torpaqlarından yerli əhalininmənafeyi naminə qanunauyğun və səmərəli istifadə olunması da yerlibüdcə gəlirlərinin artımına müsbət təsir göstərir. Bu sahədəişlərin davamlılığı il ərzində diqqətdə saxlanılıb.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəthaqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibatinəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AzərbaycanRespublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-cimaddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanınınsəlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.

Seçilən
16
1
az.trend.az

2Mənbələr