Materiallar və əczaçılıq məhsulları Etibarlı İstehsalat Praktikası qaydalarına əsasən saxlanmalı və paylanmalıdır.
Heftelik.az-ın məlumatına görə, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Materiallar və əczaçılıq məhsulları çirklənmənin, dəyişik salınmanın və çarpaz çirklənmənin qarşısını alacaq şəkildə paylanmalı və saxlanmalıdır. Materiallar və əczaçılıq məhsulları keyfiyyətinə təminat veriləcək şəraitdə saxlanmalı, ehtiyatına nəzarət olunmalı, eləcə də onların istifadəsi və buraxılması zamanı yararlıq müddəti nəzərə alınmalıdır.