Bakı. Trend:
İnzibati nəzarət tədbirləri çərçivəsində ümumilikdə 9 720 hektartorpaq sahəsinin qanunsuz ayrılmasına dair bələdiyyə aktlarınınləğv edilməsi məqsədilə Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrətəklif və ya məhkəmələrə iddialar verilib.
Trend xəbərverir ki, bu məlumat Milli Məclisin Regional məsələlər komitəsininbu gün keçirilən iclasında müzakirə edilən bələdiyyələrinfəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illikməruzəsində (2024-cü il üzrə) öz əksini tapıb.
Məruzəyə əsasən, nəticədə 9 686 hektar torpaq sahəsinin icarəyə,34 hektar torpaq sahəsinin isə mülkiyyətə verilməsi haqqındaqanunsuz qərarlar ləğv edilib.
Həmçinin bildirilib ki, il ərzində örüş sahələrinin qanunsuzolaraq ayrı-ayrı şəxslərə ayrılması, zəbt olunması və digərpozuntulara qarşı qanunamüvafiq tədbirlər davam etdirilib, nəticədə3 376 hektar örüş sahəsi ilə bağlı qanunsuz bələdiyyə aktlarıinzibati nəzarət orqanının təklifləri və ya məhkəmələrə veriləniddialar əsasında ləğv olunub və ya dəyişdirilib.
Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəthaqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibatinəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında”Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə AzərbaycanRespublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-cimaddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanınınsəlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.