Estoniya Müdafiə Nazirliyinin rəhbəri evdə daha çox silah saxlamağa icazə verməyə çağırıb
Estoniya hakimiyyəti ölkə sakinlərinə evdə daha çox silah saxlamağa icazə verməlidir.Bu fikri Baltik Respublikasının müdafiə naziri Hanno Pevkur deyib.
“Biz öz xalqımıza daha çox güvənməliyik, o cümlədən müdafiə nöqteyi-nəzərindən, onların evdə daha çox silaha sahib olmasına, daha çox atış poliqonu qurmasına icazə verməliyik.
2023-cü ildə Estoniya hakimiyyəti Baltikyanı respublikada yaşayan Rusiya və Belarus vətəndaşlarını silah sahibi olmaq hüququndan məhrum edib.
Estoniyada 1995-ci ildən qanun var (sonrakı düzəlişlərlə), ona görə vətəndaşlar odlu silah, o cümlədən tüfəngli silahlar almaq, saxlamaq və gəzdirmək hüququna malikdir, lakin avtomat silahları deyil. Pnevmatik, qazlı və hamar lüləli tapança və ov tüfənglərinə icazə verilir.
aia.az
Tərcümə şöbəsi