"Çox sevinirəm ki, çempion oldum". Bunu SİA-ya Azərbaycan millisinin yunan-Roma güləşçisi Elmir Əliyev (55 kq) deyib.
O, Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq turnirində qızıl medal qazanmasını şərh edib.
Əliyev bildirib ki, yarışa yüksək şəkildə hazırlaşıb: "Bütün rəqiblərimi üstələməyi bacardım. Sözün düzü yarışdan öncə qıızl medal qazanmağı özümdən gözləmirdim. Şükürlər olsun ki, bu mənə nəsib oldu. Bütün rəqiblərim bir-birindən güclü idi. Əsasən çətinlik çəkdiyim iranlı və özbəkistanlı idmançılar idi. Lakin hər şeyə rəğmən onlara da qalib gəldim. Ümid edirəm ki, bunbdan sonra ki, nəticələrimndə ən az indiki qədər olar. Bundan sonra bizi U-23 Avropa çempionatı gözləyir. Bu yarışada yaxşı şəkildə hazırlaşırıq. Əlimdən gələni edib, Avropa çempionatında da qızıl medal üçün güləşəcəm".
Qeyd edək ki, Elmir Əliyev A qrupunda iranlı Mehdi Əhədiyə (6:3), özbəkistanlı Jasurbek Ortikboyevə (10:5) və sinqapurlu Aleksandr Kuevasa (8:0) qalib gəlib. O, yarımfinalda amerikalı Bredi Kuntsudan güclü olub - 5:0. Elmir Əliyev finalda Mehdi Əhədiyə 7:0 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
Banuçiçək Hüseynli