AZ

Tramp: “Mən Tehranla razılaşsam,  İsrail  İranı bombalamayacaq” 

Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp “New York Post” qəzetinə İranla danışıqların mümkünlüyü ilə bağlı verdiyi müsahibədə deyib:
“Mən İranla nüvə silahından azad bir müqavilə bağlamaq istərdim. Mən bunu etməkdənsə, müqavilə bağlamağı üstün tuturam. Onlar ölmək istəmirlər. Heç kim ölmək niyyətində deyil. İranla müqavilə bağlasam, İsrail İranı bombalamaz”.
Tramp bildirib ki, İranla mümkün danışıqların təfərrüatlarını açıqlamayacaq. Onlara bəyan etmək istəmir. Tramp Rusiya ilə Ukrayna arasındakı müharibə ilə bağlı da deyib: “Mənim bu müharibəni bitirmək üçün konkret planım var və bu barədə Rusiya prezidenti Vladimir Putinlə telefonla danışmışam”.

Seçilən
24
veteninfo.az

1Mənbələr