AZ

Ötən il yerli büdcə gəlirləri 7,1 milyon manat artıb

2024-cü ildə bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədilə büdcə gəlirlərinin artırılması, o cümlədən vergitutma obyektlərinin uçotunun dəqiqləşdirilməsi və uçotdan kənarda qalan vergitutma obyektlərinin vergiyə cəlb edilməsi, vergilərin və digər debitor borcların qanunauyğun hesablanaraq yığılması, əvvəlki illərdə icarəyə verilən bələdiyyə torpaqlarının icarə haqlarının mövcud bazar qiymətlərinə uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilib.

Kommersant.az xəbər verir ki, bu barədə məlumat Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində (2024-cü il üzrə) öz əksini tapıb.

Məruzədə bildirilib ki, Dövlət Statistika Komitəsinin 9 aylıq məlumatına əsasən, əvvəlki illə müqayisədə 2024-cü ildə yerli büdcə gəlirləri 7,1 milyon manat (18,6%), o cümlədən yerli vergilərdən daxil olmalar 3,4 milyon manat (21,2%) artıb.

Həmçinin vurğulanıb ki, bələdiyyə torpaqlarından yerli əhalinin mənafeyi naminə qanunauyğun və səmərəli istifadə olunması da yerli büdcə gəlirlərinin artımına müsbət təsir göstərir. Bu sahədə işlərin davamlılığı il ərzində diqqətdə saxlanılıb.

Qeyd edək ki, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanuna əsasən, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən həmin qanunun 3.1-ci maddəsində nəzərdə tutulan müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Ədliyyə Nazirliyi həyata keçirir.

Seçilən
13
1
kommersant.az

2Mənbələr