AZ

Hər altı aydan bir stomatoloji müayinə ağız və diş xəstəliklərinin erkən mərhələdə aşkar edilməsinə kömək edir - SN

Bakı. Trend:

Səhiyyə Naziriyi Sanator-Kurort Reabilitasiya Mərkəzininhəkim-stomatoloqu Əliheydər Kazımov Nazirliyin rəsmi səhifəsinəmüsahibə verib.

Trend həmin müsahibəni təqdimedir:

- Əliheydər müəllim, diş xəstəlikləri yaranma səbəbləri haqqındaməlumat verərdiniz...

- Bildiyiniz kimi, hər il fevralın 9-u dünyada diş həkimləri vəstomatoloqların bayramı - Beynəlxalq Stomatoloq Günü qeyd edilir.Beynəlxalq günün qeyd edilməsində əsas məqsəd diş sağlamlığı vəağız boşluğu problemləri haqqında qlobal maarifləndirməaparmaqdır.

Qeyd etmək istəyirəm ki, diş xəstəlikləri fərqli səbəblərdənyarana bilər. Diş çürüklərinin (karies) əsas səbəbi şəkərli qidalarvə qeyri-düzgün ağız gigiyenasıdır. Dişəti xəstəlikləri (gingivitvə periodontit) diş ətlərində şişkinlik, qanaxma və ağrı iləmüşayiət olunur. Diş mina problemləri, turşulu içkilər, qəhvə vədigər kofeinli içkilərin qəbulu, habelə dişlərin yanlış üsullafırçalaması diş minasının zədələnməsi, dişlərin həssaslığı, soyuq,isti və ya şirin qidalara qarşı həssaslıq, ağız infeksiyaları, dişkökünün absesi, digər infeksiyalar nəticəsində ağrı və şişkinliyəsəbəb ola bilər. Çənə və diş qıcama (bruksizm) stres və dişlərindüzgün oturmadığı hallarda müşahidə olunur.

- Doktor, dişlərdə olan problemlər həzm sisteminə necə təsirgöstərir?

- Ağız sağlamlığı bədənin ümumi sağlamlığı ilə sıx bağlıdır. Dişvə diş əti problemləri yalnız estetik və funksional çətinlikləryaratmaqla kifayətlənmir, həmçinin həzm sisteminə də ciddi təsirgöstərə bilər. Bu təsirlər birbaşa (məsələn, qidanın çeynənməsi) vədolayısı ilə (iltihab və ya bakteriyaların yayılması yolu ilə) başverir. Həzm prosesi ağızda başladığı üçün qidanın ilk mexaniki vəkimyəvi emalı məhz burada başlayır. Çeynəmə qidanı kiçik hissələrəparçalayaraq, həzm sisteminin sonrakı mərhələlərində işlənməsiniasanlaşdırır. Diş problemləri, məsələn çürük, diş itkisi və ya dişağrısı çeynəmə funksiyasını zəiflədir. Bu, qidanın kifayət qədərxırdalanmamasına və mədədə daha çox yüklənməyə səbəb olur. Çeynəməproblemi olan insanlar qidanı tam xırdalamadan udmağa meyllidirlər.Bu, mədə üçün əlavə yük yaradır, çünki mədə böyük qida hissələrinihəzm etmək üçün daha çox turşu ifraz etməlidir. Nəticədə isəqıcqırma və mədə yanması, qastrit və xora xəstəlikləri meydanagəlir.

Dişlərdə olan çürümələr və diş əti xəstəlikləri (məsələn,gingivit və ya parodontit) zamanı ağızda bakteriyalar artırır. Bubakteriyalar tüpürcək və ya qan dövranı vasitəsilə mədə vəbağırsaqlara keçərək, bağırsaq mikroflorasının pozulmasına mədəinfeksiyalarına və iltihabına səbəb ola bilər.

Dişlər ümumi həzm sisteminin sağlamlığı üçün dəəhəmiyyətlidir.

- Diş və diş əti xəstəlikləri nə kimi problemlərə yol acabilər?

- Diş və diş əti xəstəlikləri ilə ümumi sağlamlıq arasındakıbirbaşa əlaqə var. Araşdırmalar göstərir ki, periodontal (diş əti)xəstəlikləri ürək-damar xəstəlikləri ilə sıx bağlıdır. Diş ətiiltihabına səbəb olan bakteriyalar qan dövranına daxil olaraqarteriyalarda yığılmaya səbəb ola bilər. Ateroskleroz (damarlarıntıxanması), infarkt və yüksək qan təzyiqi kimi problemlərinyaranması ilə nəticələnir. Bununla yanaşı, diş sağlamlığı şəkərlidiabet xəstəlikləri ilə əlaqələndirmək olar. Şəkərli diabeti olanşəxslər diş əti xəstəliklərinə daha həssasdır. Eyni zamanda,periodontal xəstəliklər şəkərli diabetin idarə edilməsiniçətinləşdirir. Diş əti infeksiyası qan şəkərinin səviyyəsiniartıraraq diabetin ağırlaşması ehtimalını yaradır.

Ağız boşluğu sanasiyasi hətta hamiləlik dövründə belə özünübirüzə verir. Hamiləlik dövründə hormonal dəyişikliklər səbəbindəndiş əti xəstəlikləri artma meylinə malikdir. Əsasən ağız boşluğundaolan problemlər tənəffüs sisteminə də təsir göstərir. Diş ətiinfeksiyalarına səbəb olan bakteriyalar tənəffüs sisteminə daxilolaraq pnevmoniya, bronxit kimi xəstəliklərin yaranmasına səbəb olabilər.

Osteoporoz dişlərin və çənə sümüklərinin zəifləməsinə şəraityaradır. Bu isə dişlərin itirilməsi riskini artırır. Osteoporozağız boşluğunda həssaslığın itməsi zamanı da baş verir. Çənəsümüyündə və ağız boşluğunda olan problemlər osteoporozun erkəndiaqnozunda göstərici ola bilər.

Diş və çeynəmə problemləri düzgün qidalanmaya mane olur. Bu,bədənin lazımı qidaları almasını çətinləşdirir, zəiflik vəqidalanma çatışmazlığına səbəb olma ehtimalı yaradır. Həmçinin,nitq və ünsiyyətdə də çətinliklər yaradır. Dişlərin funksionalproblemləri nitqi poza bilər. Bu da şəxsin sosial ünsiyyətinə mənfitəsir göstərir. Bunun üçün də profilaktik tədbirlər görülməsivacibdir.

- Diş sağlamlığını necə qoruya bilərik?

- Gündə ən az iki dəfə diş fırçalama və diş ipindən istifadəetmək lazımdır ki, ağız boşluğunda bakteriyaların çoxalmasınqarşısı alınsın. Müntəzəm olaraq diş həkiminə müraciət etmək vəmüşahidələr aparmaq lazımdır. Hər altı aydan bir stomatolojimüayinə ağız və diş xəstəliklərinin erkən mərhələdə aşkaredilməsinə kömək edir.

Bununla yanaşı, sağlam qidalanma da böyük rol oynayır. Sağlamqidalanmaq üçün şəkərin və turşulu qidaların azaldılması dişçürükləri riskini azaldır. Kalsium və D vitamini ilə zəngin qidalardiş və sümüklərin sağlamlığını dəstəkləyir. Təzə meyvə vətərəvəzlər, xüsusilə alma və yerkökü kimi qidalar təbii olaraqdişləri təmizləməyə kömək edir. Turşulu içkilərdən çəkinin - sodavə enerji içkiləri diş minasını zədələyir.

Dişlərinizi çox sərt fırçalamayın, çünki bu mina və diş ətlərinəzərər verə bilər. Həmçinin, tütün məmulatrının diş ətlərinə vədişlərə ciddi problemlər gətirib çıxara biləcəyini nəzərə alaraq,onlardan bacardığınız qədər uzaq durmağı tövsiyə edirik.

Profilaktik tədbirlər və diş sağlamlığına diqqət bütünorqanizmin uzunmüddətli sağlamlığının açarıdır.

Məqalədə:
Seçilən
8
3
az.trend.az

4Mənbələr