"Turan Tovuz" Misli Premyer Liqasının 22-ci turunda "Sabah"la matçdakı hakim qərarlarına etiraz edb.
QOL.az xəbər verir ki, bu barədə klubun sosial şəbəkə hesablarında paylaşım edilib.
Bölgə təmsilçisi matçdan futbolçularına qarşı qayda pozuntulaının olduğu anların videosunu yayımlayıb. "Turan Tovuz" videonu bu açıqlama ilə şərh edib:
"Mövsüm ərzində artıq neçənci dəfədir hakim səhvləri ilə xal və ya xallardan məhrum oluruq. Son oyundan olan epizodları sizin ixtiyarınıza buraxırıq.
AFFA Hakimlər Komitəsinin sədri cənab Frank De Blekerin "Sabah" - "Turan Tovuz" oyununda hakimliklə bağlı fikirlərini səbrsizliklə gözləyirik. Hər zaman qeyd etdiyimiz kimi, təmiz futbol, ədalətli qərarlar tələb edirik!"
Sözügedən oyunun baş hakimi İnqlab Məmmədov, VAR hakimi Cavid Cəlilov, AVAR hakimi isə Eyyub İbrahimov olub.
Qeyd edək ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev ötən gün keçirilən mətbuat konfransında hakimlərdən narazı olduğunu bildirmişdi.