Bakı. Trend:
2025-ci ilin yanvar ayı ərzində 26 092 pensiya, müavinət vətəqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydadahəyata keçirilib.
Trend xəbər verir ki, bu barədə Dövlət SosialMüdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, onlardan 4 856-sı pensiya, 21 236-sı müavinət (ocümlədən MDSS hesabına ödənilən) və təqaüd təyinatıdır.