AZ

Mask və Tramp orduda yoxlamaya start verirlər

Mask

ABŞ-nın yeni administrasiyası Donald Trampın Avropaya müdafiə xərclərini kəskin şəkildə artırmaq üçün təzyiq göstərdiyi bir vaxtda Pentaqonun xərclərini əhəmiyyətli dərəcədə “optimallaşdırmağı” planlaşdırırlar.

Reyting.az
xəbər verir ki, məlumatı “Financial Times” yayıb.

Tramp bildirib ki, illik büdcəsi təxminən 800 milyard dollar olan ABŞ Müdafiə Nazirliyi tezliklə ekssentrik milyarder İlon Maskın rəhbərlik etdiyi Səmərəlilik Departamentinin nəzarətinə keçəcək.

ABŞ Prezidenti əlavə edib ki, ordunu yoxlamaq lazımdır: “Gəlin ordunu yoxlayaq. Biz milyardlarla, yüz milyardlarla dollarlıq saxtakarlıq və sui-istifadə halları tapacağıq. Bilirsiniz, xalq məni buna görə seçib”.

E. KAMAL
Seçilən
8
reyting.az

1Mənbələr