AZ

Ədalət Verdiyevin cinayət işi qismən yüngülləşdirilib

Hərbi ekspert Ədalət Verdiyevin işi üzə Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsinə xitam verilib. Bu barədə onun vəkili Bəhruz Bayramov Anews.az-a  müsahibəsində bildirib.
 
Vəkiin sözlərinə görə, Ədalət Verdiyev özünü təqsirli bilmir.
 
"İstintaq təzə başa çatıb.  Cinayət Məcəlləsinin 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsinə xitam verildi. Çünki Ədalət bəy ora vəzifəli şəxs qismində getməyib. Ekspert kimi aparıblar. Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) maddəsi ilə məhkəmyə çıxarılacaq. Özünü təqsirli bilmir.  Hesab edir ki, dörd il ərzində mətbuata müxtəlif müsahibələr verib. O dedi ki, əgər dörd il ərzində nəyisə səhv etmişəmsə, üzr istəyirəm. Bağışlanmasını istəyib",- vəkil vurğulayıb.
 
Ötən ilin noyabrın 25-də Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1 (dövlət sirrini yayma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.
 
Aytac Zeynalova

www.anews.az
Seçilən
24
anews.az

1Mənbələr