Türkiyənin “Adana Dəmirspor” klubunun prezidenti Bedirhan Durak istefa verib. Matc.az xəbər verir ki, bu barədə futbol funksioneri özü sosial şəbəkə vasitəsilə paylaşım edib.
O, SuperLiqanın XXIII turunda “Qalatasaray”la keçirilən oyundan sonra ayrılmaq qərarına gəlib. Durak komandasının birinci hissədə meydanı tərk etməsinə etiraz olaraq bu addımı atıb.
Qeyd edək ki, Adana klubu dünən baş tutan matçda hakimin qərarına etiraz əlaməti kimi meydanı tərk edib və görüş yarımçıq qalıb.