AZ

Metal pullar tarix olur? - Trampdan YENİ QƏRAR

ABŞ Prezidenti Donald Tramp Xəzinədarlıq Departamentinə sikkələrin (metal pulların) zərb edilməsini dayandırması barədə göstəriş verib. 

 

Sfera.az xəbər verir ki, Tramp məsələ ilə bağlı “Truth” sosial media hesabından açıqlama yayıb. ABŞ-nin uzun müddətdir ki, istehsal xərci 2 sentdən çox olan sikkələr çap etdiyini bildirən Tramp, bunu böyük israf adlandırıb:

 

“Mən ABŞ Maliyyə Nazirinə yeni sentlərin istehsalını dayandırmağı tapşırmışam. Böyük dövlətimizin büdcəsindən israfı aradan qaldırmaq üçün hətta bir sentlik fayda gətirən addımlar da atmalıyıq”.

 

Xatırladaq ki, ABŞ Xəzinədarlıq Departamentinin məlumatına görə, 2023-cü ildə bir 1 sentlik sikkənin istehsalı təxminən 2.72 sentə başa gəlib. Ümumilikdə, ABŞ hökuməti hər il təxminən 4 milyarddan çox 1 sentlik sikkə istehsal edir ki, bu da milyonlarla dollar əlavə xərclərə səbəb olur.

 

Bundan əlavə, 5 sentlik (nikel) sikkənin istehsal dəyəri 10 sentə yaxınlaşır, bu da Tramp administrasiyasının xərcləri azaltmaq üçün digər sikkələrlə bağlı da qərarlar verə biləcəyini göstərir.
 

 

Vasif

 

Seçilən
12
sfera.az

1Mənbələr