AZ

Cənubi Koreyada neft çəni partlayıb

Cənubi Koreyanın Ulsan şəhərində “United Terminal Korea” şirkətinin zavodunda neft çəni partlayıb.

“Report” “Yonhap”a istinadən xəbər verir ki, ilkin məlumata görə, partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb.

Agentliyin məlumatına görə, yanğının söndürülməsinə 23 texnika cəlb edilib.

Partlayışın baş verdiyi “United Terminal Korea” şirkətinin zavodu Onsan sənaye kompleksinin ərazisində yerləşir. Müəssisə maye yüklərin saxlanması və daşınması üçün avadanlıq istehsalı ilə məşğul olur.

Seçilən
13
4
report.az

5Mənbələr