"Uzun müddətdən sonra qalib gəldiyimizə görə şadam.
Çoxlu sayda qol epizodları yaratdıq və onların ikisindən fərqlənərək qələbə qazanmağımız da gözəl hisslərdir".
Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Vasili Berezutski Premyer Liqanın XXII turunun "Turan Tovuz"la görüşündən (2:1) sonra keçirilmiş mətbuat konfransında deyib.
O, əzmkar qələbə qazanmalarının səbəbini belə izah edib:
"Fasilədə uşaqlarla paltardəyişmə otağında sakitləşdirici söhbətimiz oldu. Müdafiədə olan çatışmazlıqlar barədə danışdıq.
Birinci hissədə hardasa çəkinərək oynadıq. Amma ikinci hissədəki oyunumuzdan razı qaldım".
Mütəxəssis komandasının yarımmüdafiəsinin orta xəttindəki çatışmazlıqlara da toxunub:
"Bu, həmişə bəzi kadr məsələləri ilə bağlı olur. Mikro zədəlilər də olur.
Müəyyən dəyişikliyə də getməli oluruq. Ancaq qarşıdakı həftədən etibarən bütün futbolçular sıraya qayıdacaqlar.
Bu da bizə müəyyən stabillik yaratmağa kömək edəcək. İvan Lepinitsanı da təbrik edirəm.
Uzun müddətdən sonra sıraya qayıtdı, start heyətində yer aldı. Onun qayıdışı orta xəttimiz üçün daha da faydalı olacaq".