Blogger İndoneziyada püskürən vulkan fonunda çəkdiyi kadrla diqqət çəkib.
"Unikal" xəbər verir ki, Echa Thavil adlı kişinin videosu qısa zamanda viral olub. Sosial şəbəkə istifadəçiləri onun bu hərəkətini yüksək qiymətləndirib.
"Xoşbəxt səyahətçi İndoneziyanın Dukono vulkanının püskürməsi önündə poza verir. Dukono 1933-cü ildən bəri dünyanın ən aktiv vulkanlarından biridir", - "Daily Mail" nəşri yazıb.