Albaniyada ölkə çempionatının 24-cü turunun bir sıra oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" səfərdə "Elbasani" ilə qarşılaşıb.
Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Əliyev ikinci hissədə meydana daxil olub.
Hazırda "Eqnatiya" 45 xalla liderliyini davam etdirir.
saytlarin hazirlanmasi