AZ

“Premium Bank”dan 38 milyon manatdan çox vəsait geri çəkilib

“Premium Bank”da 2024-cü ildə fiziki şəxslərin depozitlərinin dəyəri 292 milyon 55 min manat təşkil edib.

Valyuta.az-ın hesablamasına görə, bu, 2023-cü ilin sonu ilə müqayisədə 11,7% və ya 38 milyon 802 min manat azdır.

2023-cü ildə bankda fiziki şəxslərin depozitlərin dəyəri 330 milyon 857 min manat təşkil edib.

Bankda hüquqi şəxslərin depozitlərin dəyəri 85 milyon 706 min manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 10,6% və ya 10 milyon 207 min manat azdır.

2023-cü ilin sonunda bankda hüquqi şəxslərin depozitlərin həcmi 95 milyon 913 min manat təşkil edib.

Xatırladaq ki, “Premium Bank”1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb, 2008-ci ildə adını “Silk Vey Bank”a dəyişib, 2018-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 154,601 milyon manatdır. Bankın səhmdarları 84,46 % payla Zərifə Həmzəyeva, 15,22 % payla "VIP Aviation Services" MMC və 0,32 % payla Elvira Əhmədovadır.

Nara

Seçilən
9
valyuta.az

1Mənbələr