AZ

Dövlət idarələrində çalışanların sayı niyə azalır?- ÖZƏL

"Dövlət Statistika Komitəsinin məlumatına görə, əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 778 min nəfərdir. Bu Il yanvarın 1-ə olan məlumata əsasən, onlardan 882,8 min nəfəri dövlət sektorunda, 895,7 min nəfəri isə özəl sektorda fəaliyyət göstərir. Muzdla çalışan işçilərin sayında əsas məqam özəl sahədə əmək müqavilələrinin sayının artması olsa da, dövlət sektorunda azalmanın qeydə alınması da diqqətdən kənar qalmır. Belə ki, əvvəlki ilin 1 yanvar tarixi ilə müqayisədə özəl sekorda çalışanların sayı 53 min nəfər artıb. Dövlət sektorundakı işçilərin sayında isə 16 min 300 nəfər azalma qeydə alınıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Dövlət sektortunda işləyənlərin sayının azalması bir sıra sahələrdə aparılan struktur islahatları nəticəsində işçi sayının mobilləşdirilməsi ilə bağlıdır. Eyni zamanda, hələ də əksər dövlət qurumlarında boş vakansiyalar qalmaqdadır. Bəzi hallarda vakansiyalar üzrə marağın aşağı olması, bir sıra hallarda işə qəbul şərtlərinə uyğun müraciətlərin olmaması müşahidə edilir. Bütövlükdə isə, əmək müqaviləsi ilə çalışanların sayının əmək qabiliyyətli vətəndaşlarımız ilə müqayisədə az olması da əsas çağrışlardandır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
15
27
olaylar.az

10Mənbələr