AZ

İsrail AGM-114 “Hellfire” raketləri alır

ABŞ Dövlət Departamenti 600 milyon dollar dəyərindəki AGM-114 “Hellfire” raketlərinin İsrailə satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 3000 ədəd “hava-yer” tipli AGM-114 “Hellfire” raketinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.

Sifarişin əsas podratçısı rolunda ABŞ-ın “Lockheed Martin” şirkəti çıxış edəcək və raketlərin çatıdırlmasına 2028-ci ildə başlayacaq.

Seçilən
7
poliqon.az

1Mənbələr