AZ

Qvardiola bu futbolçunu istəyir

Almaniyanın "Leypsiq" klubunun futbolçusu Xavi Simons İngiltərə Premyer Liqasının aparıcı klubuna keçə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Qeyd edilib ki, 21 yaşlı yarımmüdafiəçi ilə "Mançester Siti" maraqlanır.

Pep Qvardiola Simonsu belçikalı Kevin De Bruyneyə alternativ olaraq nəzərdən keçirir.

Alman tərəfi yarımmüdafiəçinin transferi üçün təxminən 100 milyon avro almaq istəyir.

Simons bu mövsüm 19 matçda iştirak edib. Hollandiyalı futbolçu 5 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
19
operativmm.az

1Mənbələr