"Azərişıq ASC, xalqa zülm etmə...".
Mia.az xəbər verir ki, bu sözləri Supersport.Az idman saytının baş redaktor Anar Cəfərsoy sosial media hesabında yazıb.
Onun sözlərinə görə, Binəqədi rayon, Xocahəsən qəsəbəsi, Qələbə küçəsində (keçmiş Ruslan Allahverdiyev küçəsi, döngə 18) və digər yerlərdə 3 saatdır işıqlar sönüb: "Xalq əziyyət çəkir, donur. "Azərişıq" rəhbərliyi, 199 qaynar xəttinizə zəng etsək də, düşmək, danışmaq olmur. Əvvəllər sizinlə əlaqə saxlamaq olurdu, indi bunu da mümkünsüz etmisiniz. Bu problemləri tezliklə həll edin".
Samir Musayev
MİA.AZ