AZ

Özbəkistan 7 helikopteri ABŞ-a qaytardı: “Taliban” etiraz etdi

Yazını böyüt
Yazını kiçilt

Özbəkistan əfqan pilotların vaxtilə bu ölkənin ərazisinə gətirdiyi helikopterlərin bir hissəsini ABŞ-a qaytarıb.

Hafta.az-ın yazdığına hörə, “Taliban”ın Müdafiə Nazirliyi rəsmi Daşkəndə bununla bağlı etiraz edib. Nazirlik bir daha bildirib ki, helikopterlər Əfqanıstanın mülkiyyəti hesab olunur və geri qaytarılmalıdır.

“İslam Əmirliyi bu məsələdən narahatdır, çünki bu helikopterlər Əfqanıstana məxsusdur və əvvəlki hökumətin rəsmiləri qaçarkən Özbəkistana aparılıb, ona görə də onlar Əfqanıstana qaytarılmalıdır. Bu helikopterlərin nədənsə ABŞ-a təhvil verilməsi bizim üçün qəbuledilməzdir. Çünki Əfqanıstan xalqının öz hüquqlarını qorumaq və tələb etmək hüququ var və qonşu dövlətlər də əfqanların hüquqlarına hörmət etməlidir”, - deyə bəyanatda vurğulanıb.

“Taliban” ABŞ-dan maneələr yaratmaq əvəzinə helikopterlərin Əfqanıstana qaytarılmasına kömək etməsini istəyib.

Xatırladaq ki, 2021-ci ildə “Taliban” Kabilə daxil olarkən Əfqanıstan hərbçiləri təyyarə və helikopterlərlə Surxandəryaya uçmuşdu. Əslində bu helikopterlər ABŞ hökumətinin pulu ilə alınıb və müvəqqəti istifadə üçün Əfqanıstanın keçmiş hökumətinə verilib. Özbəkistan ərazisinə 22 ədəd Embraer EMB 314 Super Tucano və Pilatus PC-12 hərbi təyyarəsi, eləcə də 24 ədəd UH-60 Black Hawk, MD-530 və Mi-17 helikopterləri daşınıb.

Lakin “Taliban” texnikanın əfqan xalqına məxsus olduğunu bildirərək onların geri qaytarılmasını tələb edir. 2024-cü ildə ABŞ Özbəkistanda 40-dan çox təyyarə və helikopter buraxmaq qərarına gəlib. Bundan narazı qalan “Taliban” ABŞ-ın əfqan xalqının əmlakını “müsadirə etməyə haqqı olmadığını” bildirib və Özbəkistanı onları geri qaytarmağa çağırıb.

2025 Özbəkistanın Vaşinqtondakı səfirliyində keçirilən tədbirə qatılan Pentaqon rəsmiləri, helikopterlərin bir qisminin geri qaytarıldığını açıqlayıb. Xəbərdə 7 ədəd Black Hawk helikopterinin ABŞ-a geri qaytarıldığı qeyd edilib.

Seçilən
12
hafta.az

1Mənbələr