Prezidentin imzaladığı Sərəncamla Anar Əliyev əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilib.
Hurriyyet.az əmək və əhalinin sosial müdafiəsi naziri təyin edilən Anar Əliyev qısa bioqrafiyasını təqdim edir:
Anar Əliyev harada anadan olub?
Anar Əliyev 1980-ci ildə Bakı şəhərində anadan olub.
Anar Əliyev ali təhsili harada alıb?
Anar Əliyev 2000-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinin bakalavr pilləsini bitirib. 2002-ci ildə magistr pilləsini başa vuraraq magistr dərəcəsi, 2006-cı ildə hüquq fəlsəfə doktoru dərəcəsi alıb.
Anar Əliyev hansı vəzifələrdə çalışıb?
45 yaşlı Anar Əliyev yeni təyinatadək həmin Nazirlikdə nazir müavini vəzifəsini tutub.
2000-2006-cı illərdə 1 saylı yerli iqtisad məhkəməsində məhkəmə iclasının katibi, 2006-2008-cı illərdə İqtisadiyyat Nazirliyinin Hüquq şöbəsinin baş məsləhətçisi, 2008-2018-ci illərdə isə həmin şöbənin müdiri vəzifələrində işləyib.
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2012-ci il tarixli Sərəncamı ilə Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib. Dövlət başçısının 3 fevral 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Apellyasiya Şurasının 2018-ci ilə qədər üzvü olub.
Anar Əliyev nazir təyin edilənədək harada işləyib?
Anar Əliyev son illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri vəzifəsində çalışıb, 2018-ci ildən etibarən isə nazirin müavini təyin edilib.
Anar Əliyev ailəlidirmi?
Anar Əliyev ailəlidir, iki övladı var.