AZ

ƏƏSMN-nin proaktiv xidmətləri “Gazet International Global Magazine” jurnalının mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi Sinqapurun “Gazet International Global Magazine” jurnalının təşkil etdiyi müsabiqədə “Proaktiv xidmət mexanizmi” layihəsi ilə iştirak edib. 

Nazirlikdən Qaziler.az-a  verilən məlumata görə, layihə münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib və  müsabiqənin “2024-cü il üzrə Azərbaycanın ən yaxşı ödəniş mexanizmi” mükafatına layiq görülüb. https://gazetinternational.com/awards-2024/ 

Sözügedən müsabiqədə müxtəlif ölkələrdən 300-dək nüfuzlu qurum iştirak edib. 

 “Gazet International Global Magazine” jurnalının əsas missiyası oxucuları sürətlə inkişaf edən qlobal mənzərəni idarə etmək üçün lazım olan biliklərlə təmin etməkdir.

Qurum beynəlxalq arenada öz innovasiyaları, xüsusi nailiyyətləri və strategiyaları ilə fərqlənən qurumları təltif etmək üçün illik əsasda müsabiqələr təşkil edir.

Seçilən
21
3
qaziler.az

6Mənbələr