AZ

Ronaldu: “1000 qol vurmaq istəyirəm”

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu karyerası ilə bağlı əsas hədəfini açıqlayıb.

Msport.az xəbər verir ki, purtuqaliyalı superulduz ən böyük məqsədinin 1000 səddinə çatmaq olduğunu bildirib:

“Mənim məqsədim 1000 qol vurmaqdır. Lakin fərq ondadır ki, vurduğum bütün qollar video ilə təsdiqlənir”.

Qeyd edək ki, Ronaldu hazırda karyerasında 924 qol vurub, onlardan 789-u klub səviyyəsində, 135-i isə Portuqaliya millisinin heyətində olub. Bu mövsüm hücumçu bütün turnirlərdə 25 matçda iştirak edib, 23 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
14
msport.az

1Mənbələr