AZ

Trampa samuray dəbilqəsi hədiyyə edildi

Yaponiyanın baş naziri Şiqeru İşiba ABŞ prezidenti Donald Trampa qızıl samuray dəbilqəsi hədiyyə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Kyodo News" agentliyinə istinadən xəbər verir ki, iki lider arasında görüş ötən həftə Vaşinqtonda baş tutub.

Bildirilib ki, hədiyyə ideyası İşibaya yapon hərbi liderindən bəhs edən Amerika serialı “Şoqun”un populyarlığı səbəbindən gəlib.

ABŞ prezidentinin qızılı rəngi bəyəndiyi də vurğulanıb.

Yaponiyanın baş naziri Donald Trampla şəxsən görüşmək üçün ABŞ-a səfər edən ikinci dünya lideri olub. Vaşinqtona ilk səfər edən İsrail hökumətinin başçısı Benyamin Netanyahu idi.

Seçilən
19
operativmm.az

1Mənbələr