AZ

İsrail ordusu Livanı yenidən bombardman edib - Mətbuat katibi tunelin, rəsmi Beyrut isə evlərin vurulduğunu deyir

Atəşkəs razılaşması olmasına rəğmən, ötən gecə İsrail ordusu Livanın şərqindəki Bekaa bölgəsinə hava zərbələri endirib.

Mia.az xarici mətbuata istinada xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Avichai Adraee açıqlama verib.

O, Bekaa bölgəsinə hava hücumu təsdiqləyib. Bildirib ki, buna səbəb "Hizbullah"ın tunel vasitəsi ilə silah-sursat daşıdığı müəyyən olunub: "Hücumla "Hizbullah"a məxsus tunel və silah-sursatlar məhv edilib".

Tahir Şəlvəli

MİA.AZ

Seçilən
8
1
mia.az

2Mənbələr