“Bələdiyyə seçkiləri yüksək səviyyədə keçirildi. Əvvəlki illərlə müqayisədə bu seçkidə rəqabət böyük idi”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Tahir Rzayev Milli Məclisin Regional məsələlər komitəsinin iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin müzakirəsi zamanı bildirib.
“Hər bir vətəndaş yaratdığı orqanın yanında olmalıdır. Təəssüf ki, bələdiyyələrin hesabatlarının dinlənməsi və digər tədbirlərində iştirak edə bilmirik. Vətəndaşlar maddi-mənəvi dəstək vermirlər, ona görə də problemlər ortaya çıxır.
2668 aktdan 1416-nın, yəni 53%-nin ləğv olunması ondan irəli gəlir ki, bələdiyyə sədr və üzvləri qanunları yaxşı bilmirlər. Onlar öz səlahiyyətləri çərçivəsindən çıxırlar. Bizim hər birimiz bələdiyyəyə kömək etməliyik. Ən çox döyülən orqanlar bələdiyyələrdir”, - deyə deputat bildirib.
Nuranə Daxilqızı