AZ

Dünya reytinqi: “Qarabağ” gerilədi 

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

İdmanxeber.az-ın məlumatına görə, siyahıda  Azərbaycanın 4 təmsilçisi yer alıb.  “Qarabağ”  166,25 xalla 87-ci pillədə qərarlaşıb. Ağdam komandası 6 pillə geriləyib.

Aktivində 103,25 xal olan “Zirə”nin mövqeyi dəyişməyib –  208-ci sıra. “Sabah” 61 xalla 414-cüdür. Paytaxt təmsilçisi 14 pillə geriləyib.

“Turan Tovuz” isə 5 pillə geri düşüb. Bölgə klubu 53,75 xalla 499-cudur. 

Seçilən
18
2
idmanxeber.az

3Mənbələr