AZ

Türkiyədən Azərbaycana avtomobil ixracı artıb (ÖZƏL)

Bakı, TurkicWorld

Türkiyə 2025-cü ilin yanvar ayında Azərbaycana avtomobil ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz artaraq 6 milyon 329 min dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2025 - yanvar 2024) Türkiyə 37 milyon 426 min 41 dollar məbləğində avtomobil ixrac edib.

Qeyd edək ki, 2025-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına avtomobil ixracı 2024-ci ilin eyni ayı ilə müqayisədə 8 faiz artaraq, 2 milyon 999 min 898 dollara bərabər olub.

Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin avtomobil ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artaraq, 37 milyard 211 milyon 661 min dollara bərabər olub.

Seçilən
12
14
turkic.world

10Mənbələr