AZ

Mərkəzi Aran bölgəsində nə qədər məktəb təmir edilib? - RƏSMİ

Yeni məktəblərin tikilib istifadəyə verilməsi daha çox şagirdə təhsil alma imkanı yaratmış olur.  Bu, xüsusilə əhalinin sıx yaşayan bölgələrində uşaqların daha yaxşı təhsil şəraitinə yiyələnməsinə müsbət təsir göstərir.

 

Bəs, görəsən bu il Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən neçə ümumtəhsil müəssisəsi üçün yeni bina tikilməsi nəzərdə tutulur? Həmçinin, 2024-2025-ci tədris ilində neçə təhsil müəssisəsində təmir işləri aparılacaq?

 

Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalı olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsinə sorğu ünvanladıq.

 

Sorğumuza cavab olaraq bildirilib ki, 2024-cü il ərzində Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 1 məktəb binası yeni tikilib, 1 məktəb binası isə əsaslı təmir-bərpa olunub:

 

“Əlavə olaraq 40 müəssisədə cari təmir işləri görülüb. Bundan başqa hazırda 2 müəssisədə yeni tikinti işləri aparılmaqdadır”,- deyə mərkəzdən məlumat verilib.

Seçilən
0
1
azedu.az

2Mənbələr