“Bələdiyyələrin cəmiyyətdə olan imicini dəyişmək lazımdır”.
“Qafqazinfo” xəbər verir ki, bunu deputat Aydın Mirzəzadə Milli Məclisin Regional məsələlər komitəsinin iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi”nin müzakirəsi zamanı bildirib.
“Mətbuatda “bələdiyyə sədri tutuldu, cərimələndi” kimi xəbərləri tez-tez görürük. Hesabatla tanış olmayan vətəndaş ele bilir ki, bələdiyyə ancaq qanunsuz işlər görür. Ona görə də Ədliyyə Nazirliyi bu istiqamətdə işləməlidir. Tez-tez mətbuatda bələdiyyələrin qəbul etdiyi qərarların ləğv olunması ilə bağlı xəbərlər gedir. Bələdiyyələrdə Hüquqşünas ştatının olması vacibdir”, - deyə millət vəkili əlavə edib.
Nuranə Daxilqızı