ABŞ prezidenti Donald Tramp fevralın 10-dan idxal olunan polad və alüminiuma 25 faizlik rüsum tətbiq etmək niyyətində olduğunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, dövlət başçısı fevralın 11-də və 12-də Amerika mallarına rüsum tətbiq edən ABŞ-nin ticarət tərəfdaşları üçün rüsumları elan edəcəyini deyib.