AZ

Rusiyada AĞIR QƏZA:15 nəfər xəsarət aldı

Rusiya Federasiyasının Primorski diyarında ağır yol qəzası baş verib.

Avtosfer.az TASS-a istinadən xəbər verir ki, Çuqevski rayonunda yük maşını ilə avtobusun toqquşması nəticəsində 15 nəfər xəsarət alıb.

Hadisə yerli vaxtla 09:00-da, Uborka -Samarka-Ariadnoe avtomobil yolunun 6 km-də baş verib.

Yaralılar Çuquyevski Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Zərərçəkənlərdən birinin vəziyyəti ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Ərazidə nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.

İlkin araşdırmalardan məlum olub ki, yük maşını dönmə əməliyyatı həyata keçirərkən sürüşərək avtobusla toqquşub.

Faktla bağlı araşdırma davam edir.

(ehuquq.az)

Seçilən
5
avtosfer.az

1Mənbələr