AZ

İran səsdən sürətli qanadlı raket hazırlayıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri uzaq məsafələrdəki hədəfləri vura bilən yeni səsdən sürətli qanadlı raket hazırlayıb.

“Poliqon” “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə SEPAH Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Əlirza Tanqsiri bildirib.

Onun sözlərinə görə, 2000 kilometr mənzilli yeni qanadlı raket yaxın günlərdə təqdim ediləcək.

Kontr-admiral qeyd edib ki, bu raket süni intellekt əsasında hazırlanıb və istehsal olunub.

Seçilən
0
poliqon.az

1Mənbələr