AZ

Uşaq fişənglə 8 maşını PARTLATDI – VİDEO

Çində uşağın lükün içərisinə fişəng atması nəticəsində 8 avtomobil yararsız hala düşüb. 

İnterpress.az xəbər verir ki, bu barədə SCMP məlumat yayıb.

Bildirilir ki, Çində uşaq lükün içərisinə fişəng atıb. Partlayış Porsche, BMW və Audi də daxil olmaqla 8 avtomobilə ziyan dəyib.

Zərər 39 min dollar dəyərləndirilib.

Partlayış kanalizasiya sistemində yığılan metan səbəbindən baş verib.

Görüntülərdə uşağın fişəng yandıraraq onu kanalizasiya quyusuna ataraq qaçdığı görünür. Bir neçə saniyədən sonra maşınlar havaya atılır və onlardan biri çevrilir.

Oğlan bir saat sonra tapılıb və indi valideynləri dəymiş ziyanın böyük hissəsini ödəməlidir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
18
interpress.az

1Mənbələr