![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2025/2/10/1/85f69785-158e-4935-8777-3a7f80b270a4/sri-lanka-meymun-elektrik-stansiyasi2.jpg)
Şri-Lankada bir meymun elektrik stansiyasına girib və bütün ölkədə elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Economic Times” qəzeti məlumat yayıb.
Şri-Lankanın energetika naziri Kumar Jayakodi bildirib ki, meymun paytaxt Kolombo şəhərətinə yaxın Panadura şəhərindəki elektrik transformatorunu sıradan çıxarıb. Nəticədə, Şri-Lankada elektrik enerjisi yerli vaxtla saat 11:30-da kəsilib.
Ölkənin bəzi ərazilərində yalnız üç saatdan sonra onu bərpa etmək mümkün olub.