AZ

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətində müşavirə keçirilib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində 2024-cü ilin yekunları və 2025-ci ildə qarşıda duran vəzifələrin icrasına həsr olunmuş xidməti müşavirə keçirilib.

Müşavirədə nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev, Daxili təhlükəsizlik Baş idarəsinin rəisi polkovnik Seymur Qaraşov, Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət polkovniki Vaqif İbrahimov, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Asif Məmmədli, ərazi və regional yanğın nəzarəti idarələrinin məsul şəxsləri iştirak ediblər.

Müşavirəni giriş sözü ilə açan Dövlət Yanğın Nəzarəti Xidmətinin rəisi daxili xidmət polkovniki Vaqif İbrahimov xidmətin 2024-cü il ərzində fəaliyyəti barədə geniş məlumat verərək, ölkədə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, o cümlədən vətəndaşların həyat və sağlamlığının, ölkənin milli sərvətlərinin yanğından qorunması istiqamətində müхtəlif təyinatlı оbyеktlərdə və yaşayış sahələrində qabaqlayıcı profilaktik tədbirlərin həyata keçirilməsinə nail olunduğunu qeyd edib, 2025-ci ildə də xidmətin qarşısında duran vəzifələrin uğurla yerinə yetirilməsi üçün şəxsi heyətin səylə fəaliyyət göstərəcəyinə əminliyini bildirib.

Sonra Nazirliyin Baş yanğın təhlükəsizliyi eksperti daxili xidmət general-mayoru Yusif Nəbiyev ötən il əvvəlki illə müqayisədə yanğınların sayında azalmanın qeydə alındığını vurğulayaraq, bu müsbət dinamikanın əsasında, ilk növbədə nəzarət qurumunun yanğınların profilaktikası baxımından səmərəli fəaliyyəti və əhali arasında aparılan geniş maarifləndirmə işlərinin dayandığını qeyd edib, cari ildə Xidmətin qarşısında duran vəzifələrdən danışıb.

Sonra çıxış edənlər ötən il ərzində xidmətin fəaliyyətinin ayrı-ayrı istiqamətləri üzrə məruzə edərək görülmüş işlər barədə geniş məlumat verib, həmçinin cari ildə aidiyyəti üzrə atılacaq addımlardan danışıblar.

Müşavirədə mövzu üzrə geniş müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.

 

P.ƏMİRCANOV

XQ

 

 

 

Seçilən
3
12
xalqqazeti.az

10Mənbələr