AZ

Ədalət Verdiyevin MƏHKƏMƏSİ - Bir ittiham üzərindən götürüldü

Bir müddət əvvəl Baş Prokurorluq tərəfindən saxlanılan, barəsində həbs qərarı çıxarılmış, tanınmış hərbi ekspert Ədalət Verdiyevin cinayət işi məhkəməyə göndərilib.

 

Pravda.az xəbər verir ki, Gununsesi.info-nun özəl mənbələrdən əldə etdiyi məlumata görə, hərbi ekspertə qarşı irəli sürülmüş 308-ci maddə (Vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə elan olunan ittiham xitam olunub.

 

Onun işi yalnız 284.1-ci maddə ilə (dövlət sirrini yayma) məhkəməyə göndərilib.

 

Bu barədə məlumatı ekspertin vəkili Bəhruz Bayramov təsdiqləyib.

Tarix: 10 Fevral 2025, 11:47   
Seçilən
22
13
pravda.az

10Mənbələr