AZ

Yaponiyada qar apokalipsisi: Ölənlər və yaralananlar var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Yaponiyanın şimal və şimal-şərq bölgələrinə yağan qar nəticəsində ən azı dörd nəfər həlak olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Kyodo" məlumat yayıb.
Bildirilib ki, bəzi yerlərdə qar örtüyünün hündürlüyü bir neçə metrə çatıb.
Əlverişsiz hava şəraiti ilə birbaşa əlaqəli hadisələr nəticəsində onlarla ölkə sakini xəsarət alıb. Həmçinin Fukusima prefekturasında qar uçqunu nəticəsində 160 qonağı olan iki mehmanxana xarici aləmdən təcrid olunub.
O da vurğulanıb ki, təbii fəlakət səbəbindən yüzlərlə aviareys ləğv edilib.
Seçilən
4
oxu.az

1Mənbələr