“Ermənistanın təklif etdiyi yükdaşımaya dair kommunikasiyaların açılması layihəsi Azərbaycanın maraqlarına uyğun olmayacaq”. Tribunainfo.az xəbər verir ki, bunu Rusiyalı politoloq Stanislav Tarasov deyib.
O qeyd edib ki, Ermənistan əvvəllər Zəngəzur dəhlizi ilə bağlı Azərbaycan, Rusiya və Türkiyənin bütün təkliflərini rədd edib. “İndi isə deyəsən, strategiyasını dəyişir və bütün bu nəqliyyat ideyalarından yan keçən layihələrlə çıxış etməyə çalışır”.
Tarasov hesab edir ki, İrəvanın bu hərəkəti Bakı ilə aralarında mübahisələrə səbəb olacaq. “Çünki Paşinyan oyun oynayır. Fərqli, heç kimin maraqlarını təmin etməyəmn ideyalarla çıxış edir”.